Taekvondoçularımızın rəqibləri müəyyənləşdi
25.01.2012 - 18:08
Rusiyanın Kazan şəhərində taekvondo üzrə London Olimpiadasına son lisenziyaları verəcək Avropa Təsnifat Turnirinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, mərasimdə Azərbaycan yığmasının üzvlərinin rəqibləri məlum olub.
Püşkün nəticəsinə əsasən, Təvəkkül Bayramov (+80 kq) yarışa ikinci mərhələdən qatılacaq. Onun rəqibi Heino Timu (Finlandiya) - İvan Trajkoviç (Sloveniya) cütünün qalibi olacaq. Digər taekvondoçumuz Günay Ağakişiyeva (57 kq) isə lisenziya uğrunda mübarizəyə Sonya Makkonellə (İrlandiya) döyüşlə başlayacaq. Həmyerlimiz növbəti mərhələyə yüksələrsə, rəqibi fransalı Marlen Harnois olacaq.
Avropa Təsnifat Turnirinin mükafatçıları London Yay Olimpiya oyunlarında iştirak edəcəklər. Yanvarın 27-də başlayacaq yarış 3 gün davam edəcək. Azərbaycan taekvondoçuları turnirin ikinci günü döyüşəcəklər.
Qeyd edək ki, hələlik 4 mümkün lisenziyadan ikisinə Bakıda baş tutan Dünya Təsnifat Turnirində Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) sahib olublar.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0