Güləşçilərimiz Ukraynadan 8 medalla qayıdırlar
26.01.2012 - 11:10
Ukraynanın Zaporojye şəhərində Yevgeni Truxinin xatirəsinə həsr olunmuş Respublika turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən yunan-Roma güləşi üzrə gənclərdən ibarət Azərbaycan milli komandası 5 qızıl və 3 bürünc medal qazanıb.
Heyətdə yer alan Əli Məmmədov (50 kq), Sakit Quliyev (55 kq), Rövşən Tağıyev (60 kq), Toğrul Yunisli (74 kq) və Zaur Mehrəliyev (120 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Ənvər Cəfərov (66 kq), Soltan İsmayılov (84 kq) və Hacımurad Çöpsiyev (96 kq) isə bürünc medala yiyələniblər.
Qeyd edək ki, böyük məşqçi İlqar Abdulov və məşqçi Akif Əliyevin rəhbərliyi altında turnirdə iştirak edən yığmamız bu gün Vətənə qayıdacaq.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0