Azərbaycan üçüncü oldu
30.01.2012 - 12:46
İstanbulda Vehbi Əmrənin xatirəsinə keçirilən olunmuş yunan-Roma güləşi üzrə 30-cu beynəlxalq turnir başa çatıb. Apasport.az saytının xəbərinə görə, yarışda Azərbaycanla yanaşı, Türkiyə, İsveç, Gürcüstan, İtaliya, Belarus, Özbəkistan, Qazaxıstan, Yaponiya, Rusiya, İran, Ukrayna və Yunanıstan iştirak edib.
Məşqçilər Salih Bora, Şaban Donat və Mutaalib Yerlikayanın rəhbərliyi altında yığma komandanın 4 üzvü fəxri kürsüyə yüksələ bilib.
Turnirin ilk günündə mübarizəyə qoşulan güləşçilərimizdən Elçin Əliyev (55 kq) və Vitali Rəhimov (66 kq) bürünc medal qazanıb.
Turnirin son günündə də yığmamız 2 bürünc medala yiyələnib. Medalları komandamıza Kamran Məmmədov (60 kq) və Şalva Qadabadze (96 kq) qazandırıb.
Ümumilikdə, 4 bürünc medal qazanan yığmamız 43 xalla komanda hesabında üçüncü olub. Azərbaycanla eyni xalı toplayan Türkiyə 2 qızıl medalla ikinci yeri tutub. Birinci yerə isə Rusiya komandası çıxıb.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0