Ramil Quliyevdən növbəti möhtəşəm çıxış - FOTO
31.01.2012 - 12:36
Azərbaycanlı atlet Ramil Quliyev özü üçün yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Türkiyə vətəndaşlığını qəbul edən həmyerlimiz 2012-ci ilin ilk beynəlxalq yarışında çempion olmağı bacarıb.
O, Ukraynanın Sumı şəhərində keçirilən yarışda 60 metr məsafəni 6,58 saniyəyə qaçaraq, bütün rəqiblərini qabaqlamağı bacarıb.
Bu, həmçinin Ramilin Beynəlxalq Atletika Federasiyasının (İAAF) reytinq cədvəlində irəliləməsinə səbəb olub. Sprinterimiz 60 metr məsafəyə qaçanlar arasında Harri Adams (ABŞ, 6,55) və Kemar Himandan (Kayman adaları, 6,56) sonra 3-cü yerə yüksəlib.
Qeyd edək ki, Quliyev Azərbaycan Atletika Federasiyasının icazəsi olmadığından hələ Türkiyə adından rəsmi yarışlara qatıla bilmir.

- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
0
0