7-si mövqeyini qorudu, 1-i gerilədi
31.01.2012 - 17:47
Beynəlxalq Cüdo Federasiyası fevral ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahını Azərbaycan milli komandasının aparıcı cüdoçuları üçün uğurlu saymaq olar.
Belə ki, Ağayar Axundzadənin yetirmələrindən İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) öz mövqelərini qorumağı bacarıblar. Onlar müvafiq olaraq, yenə 11-ci, 14-cü, 3-cü, 10-cu, 37-ci, 13-cü və 14-cü pillələri tuturlar.
Həmyerlilərimizdən yalnız Elxan Rəcəbli (81 kq) geriləyib. O, son siyahıda irəliləsə də, bu dəfə 5 rəqibini özündən irəli buraxıb.
Qeyd edək ki, reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaqlar.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0