Turan Abdullayev komanda yoldaşlarından geridə - FOTO
03.02.2012 - 11:31
Səudiyyə Ərəbistanının Dammam şəhərində davam edən ağır atletika üzrə İslam Ölkələrinin Həmrəylik Oyunlarında daha bir idmançımız körpücük üzərinə çıxıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Nizami Paşayevin yetirmələrindən Turan Abdullayev nəyə qadir olduğunu nümayiş etdirib.
Lakin 85 kq çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyan gənc atlet komanda yoldaşlarının uğurunu təkrarlaya bilməyib. Belə ki, birdən qaldırmada 130 kq, təkanla qaldırmada isə 150 kq-ı başı üzərinə qaldıran Turan toplamda 280 kq çəki ilə 5-ci yeri tutub.
Qeyd edək ki, yarışın ilk 2 günündə Paşa İbrahimli, Rauf Nəbiyev (hər ikisi 62 kq) və Firudin Quliyev (69 kq) fəxri kürsüyə yüksəliblər. Onlardan Paşa və Firudin hərəyə 1 böyük və 2 kiçik qızıl medal qazandıqları halda, Rauf 2 hərəkətin cəminə görə 2-ci olub.

- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
0
0