Güləş yığmalarının heyəti açıqlandı
07.02.2012 - 10:58
Fevralın 10-da Ankarada Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst və qadın güləşi üzrə 40-cı beynəlxalq turnir start götürəcək. Apasport.az saytının xəbərinə görə, yarışda sərbəst və qadın güləşi üzrə milli komandalarımız iştirak edəcək.
3 gün davam edəcək turnirdə Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Monqolustan, Cənubi Afrika, Almaniya, Moldova, Yaponiya, Kanada, İran, Gürcüstan, Slovakiya, Bolqarıstan, Qazaxıstan, Polşa və Litvanın da iştirak edəcəyi gözlənilir.
Sərbəst güləşçilərimiz yarışa baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında qatılacaq. Heyətdə Mahmud Məhəmmədov, Qalib Əliyev (hər ikisi 55 kq), Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Çamsulvara Çamsulvarayev (84 kq), Xetaq Qazyumov, Şərif Şərifov (hər ikisi 96 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) yer alıb.
Marziget Baqomedova, Kəmalə Əliyeva (hər ikisi 48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), İrina Netreba (63 kq), Zümrüd Qurbanhacıyeva və Natalya Palamarçukun (hər ikisi 72 kq) yer aldığı qadın güləşi üzrə yığmamıza turnirdə məşqçilər Mehman Nəcəfov və Həsrət Məmmədyarov rəhbərlik edəcək.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0