“Böyük Dəbilqə”də fiasko, reytinqdə irəli
09.02.2012 - 11:31
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Fransada keçirilən “Böyük Dəbilqə” turnirində medal qazana bilməyən idmançılarımızdan yalnız Tərlan Kərimov (66 kq) irəliləyib.
O, Parisdə ilk döyüşündə uduzsa da, rəqibinin geriləməsi sayəsində 13-cü pilləyə yüksəlib. İlqar Müşkiyev (60 kq), Elnur Məmmədli (81 kq), Elxan Rəcəbli (81 kq) və Elmar Qasımovun (100 kq) mövqeyi isə dəyişməz qalıb. Onlar son siyahıda olduğu kimi, yenə müvafiq olaraq, 11-ci, 3-cü, 26-cı və 37-ci yerləri tuturlar.
3 cüdoçumuz - Elxan Məmmədov (90 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) isə 1 pillə geriləyiblər. Təmsilçilərimiz müvafiq olaraq, 11-ci, 14-cü və 15-ci yerlərə eniblər.
Qeyd edək ki, reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaqlar.

- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
0
0