London-2012: Hakimlərin son seminarı Bakıda olacaq
10.02.2012 - 12:25
Azərbaycan daha bir mötəbər idman tədbirinə ev sahibliyi edəcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, 2012-ci il London Yay Olimpiya Oyunlarına taekvondo idman növündən seçilən hakimlərin sonuncu seminarı Bakıda keçiriləcək.
Fevralın 28-dən martın 2-dək davam edəcək seminara Dünya Taekvondo Federasiyasından (WTF) nümayəndələri və 30 ölkədən seçilmiş hakimlər qatılacaq.
Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının inzibati-binası WTF-in Regional Mərkəzi olduğundan, bu mötəbər tədbir paytaxtımıza həvalə olunub.

- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
0
0