Avropa çempionatına 6 idmançımız yollandı
14.02.2012 - 14:55
Sabah Finlandiyanın Vierumyaki şəhərində 10 metr məsafəyə atəş açmaq üzrə gənclər və böyüklər arasında Avropa çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası qitənin ən möhtəşəm yarışında 6 snayperlə təmsil olunacaq.
Böyüklərin yarışında hədəf önünə yığmamızın baş məşqçisi İradə Aşumova ilə yanaşı, Nigar Bağırova, Zərifə Qasımova, Ruslan Lunyov və Rəsul Məmmədov çıxacaqlar. Nərminə Səmədova isə ölkəmizi gənclərin mübarizəsində təmsil edəcək.
Qeyd edək ki, fevralın 20-ə kimi davam edəcək çempionatda 45 ölkədən 654 güllə atıcısının mübarizə aparacağı gözlənilir.

- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
0
0