Millimiz Bolqarıstana yollanır
14.02.2012 - 18:10
Azərbaycanın kanoe üzrə milli komandası fevralın 19-da Bolqarıstandakı Belmeken bazasına təlim-məşq toplantısına yollanacaq. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yığmamız baş məşqçi Aleksandr Kolıbelnikov və onun köməkçisi Anatoli Dudnikin rəhbərliyi altında səfərə çıxacaq.
Martın 10-dək davam edəcək toplanışa 5 kanoeçimiz qatılacaq. Bunlar 3 qat dünya və 3 qat Avropa çempionu Valentin Demyanenko, 2010-cu ilin Avropa çempionları və son dünya çempionatının mükafatçıları Sergey Bezuqlıy və Maksim Prokopenko, gənclər arasında Avropa çempionu Andrey Kraytor, eləcə də istedadlı kanoeçimiz Boqdan Kurudzdur. Belmekendə keçiriləcək toplanış kanoeçilərimizin fiziki hazırlığının yüksəldilməsini nəzərdə tutur. Demyanenko ötən il dekabrın 1-dən 22-dək də eyni məkanda hazırlıq keçib. Həmin vaxt o, akademik avarçəkənlərimizlə birgə toplanışda olub.
Qeyd edək ki, Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
0
0