Ramil Quliyev Türkiyə bayrağını yüksəltdi
16.02.2012 - 11:00
Fransada atletika üzrə kommersiya xarakterli yarışa yekun vurulub. Apasport.az saytının məlumatına görə, dünya ulduzlarının qatıldığı yarışda azərbaycanlı Ramil Quliyev də qüvvəsini sınayıb.
O, zalda keçirilən bu turnirdə Türkiyə adından çıxış edib və vətəndaşlığını qəbul etdiyi ölkəyə bürünc medal qazandırıb.
Belə ki, Quliyev 200 metr məsafəyə qaçışda özünü yoxlayıb. O, bir neçə illik fasilədən sonra belə möhtəşəm turnirdə finiş xəttinə Kristof Lemetr (Fransa) və Entoni Adamsdan (Sent Kitts və Nevis) sonra çatıb. Müqayisə üçün bildirək ki, Fransa təmsilçisi 200 metr məsafəni 20,92 saniyəyə qət etdiyi halda, Ramil ondan 0,13 saniyə geri qalıb.
Qeyd edək ki, bu, Quliyevin Türkiyə adından iştirak etdiyi ən möhtəşəm yarışdır və həmyerlimizin ötən ilin aprelindən şərəfini qoruduğu qonşu ölkədə ən böyük uğurudur.

- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
0
0