Anatoli Doroş yeni baş məşqçiyə lazım olmadı
16.02.2012 - 11:23
Moldova yığmasının yeni baş məşqçisi İon Karas ilk siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli moldovalı mütəxəssis Belarus yığması ilə fevralın 29-da Antalyada keçirəcəyi yoldaşlıq görüşündə dəvət göndərdiyi futbolçular arasında Premyer Liqamızda çıxış edənlər yoxdur. Halbuki 2 illik fasilədən sonra milli çempionatımıza qayıdan Anatoli Doroş bunadək mütəmadi olaraq milliyə dəvət olunurdu. Ancaq Karas qış fasiləsində “Simurq”a keçən hücumçunu çağırmağı ehtiyac görməyib.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
0
0