Fəridə Əzizova dünya çempionu oldu - FOTO
07.04.2012 - 11:21
Azərbaycan taekvondoçusu Fəridə Əzizova Misirin Şarm əl-Şeyx şəhərində gənclər arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. Lent.az-ın məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən Əzizova 2012-ci il London Yay Olimpiya Oyunlarına böyüklər arasında qazandığı vəsiqənin təsadüfi olmadığını bir daha nümayiş etdirib. 17 yaşlı taekvondoçumuz mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, əvvəlcə serbiyalı Violeta Babiçi, 1/4 finalda sloveniyalı Dunya Lemajiçi yenib. Yarımfinalda Əzizova tailandlı Kanjana Sukivasdan üstün olub. Nəhayət, həlledici görüşdə təmsilçimiz Hollandiyanı təmsil edən Aylin Akdənizə 4:3 hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər taekvondoçularımıza gəldikdə, Pərvin Əliyev (59 kq), Elnur Məhərrəmov (78 kq), Seyidəzim Bədirxanlı (+78 kq) ilk, Ruslan Abbasov (51 kq), Ayxan Tağızadə (55 kq), Vladislav Subbotin (73 kq) və Təranə Məmmədova (46 kq) ikinci döyüşdəcə uduzaraq, medalsız qalıblar.
Məcid Sofiyev (45 kq), Nicat Əliyev (63 kq) və Zümrüd Məlikova (42 kq) aprelin 7-də, Elmar Bədəlli (48 kq), Şamxal Əbilov (68 kq), Nərminə Məmmədova (44 kq) aprelin 8-də döyüşəcək.

- III Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri bəlli olub
- Bakıda Avropa su idmanının gələcəyi müzakirə olunub
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb
0
0