Olimpiya Oyunlarına qatılacaq futbol yığmaları müəyyənləşdi
24.04.2012 - 08:31
Londonda keçiriləcək Yay Olimpiya Oyunlarının kişilər arasında futbol turnirinin iştirakçılarının tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışa son vəsiqənin sahibi Seneqal yığması olub. Afrikalılar Oman millisini 2:0 məğlub etməklə buna nail olub.
Seneqala qədər daha 15 vəsiqənin sahibi müəyyənləşib. Avropa zonasında Böyük Britaniya, Belarus, İsveçrə, İspaniya, Asiyada Yaponiya, BƏƏ, Cənubi Koreya, Afrikadan Qabon, Mərakeş, Misir, Cənubi Amerikadan Braziliya, Uruqvay, KONKAKAF zonasından Honduras, Meksika, Okeaniyadan isə Yeni Zelandiya Olimpiadaya vəsiqə qazanmışdı.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0