Boksçumuzdan daha bir qələbə
14.05.2012 - 17:38
Çin Xalq Respublikasının Quançjao şəhərində boks üzrə qadınlar arasında dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvü Yelena Vıstropova (75 kq) lisenziya xarakterli yarışda ikinci qələbəsini qazanıb.
Boksçumuz braziliyalı Roseli Amaral Feitosanı 17:12 hesabı ilə məğlub edib. Vıstropova 1/8 final mərhələsində rumıniyalı Luminita Turçinlə qarşılaşacaq. Turçin Ermənistan nümayəndəsi Aşken Simonyanı 24:6 hesabı ilə məğlub edib.
Xatırladaq ki, yığmamızın üzvü ilk görüşdə Belarus təmsilçisi Viktoriya Kebikova üzərində qələbə qazanmışdı. Vıstropova rumıniyalı rəqibi ilə sabah üz-üzə gələcək.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0