Dünya Kuboku: Azərbaycan yığmasının heyəti dəqiqləşdi
15.05.2012 - 10:22
May 19-da və 20-də Rusiyanın Saransk şəhərində keçiriləcək yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kubokuna yollanacaq Azərbaycan yığmasının heyəti açıqlanıb. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, həyətə 11 idmançı daxil edilib.
Belə ki, məşqçilər Şaban Donat və Mutalib Yerlikayanın rəhbərliyi altında yarışa yollanacaq millimizdə Elçin Əliyev, Orxan Əhmədov (hər ikisi 55 kq), Sakit Cəlilov (60 kq), Rəsul Çunayev, Rüstəm Əliyev (hər ikisi 66 kq), Elvin Mürsəliyev, Rafiq Hüseynov (hər ikisi 74 kq), Həmzət Yusubov, Saman Təhmasibi (hər ikisi 84 kq), Şalva Qadabadze (96 kq) və Zaur Mehrəliyev (120 kq) yer alıb.
Dünya Kubokunda Azərbaycanla yanaşı, Rusiya, İran, Qazaxıstan, Koreya, Belarus, Bolqarıstan, Türkiyə, Macarıstan və Ermənistan güləşçiləri mübarizə aparacaqlar.
Yarışın proqramına əsasən, mayın 18-də püşkatma keçiriləcək. Püşkatmanın nəticəsinə əsasən, komandalar 2 yarımqrupda qüvvələrini sınayacaqlar. Yarımqrupun liderləri finalda, qrup ikinciləri isə bürünc medallar uğurunda görüşəcək.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0