Yığmamız üçün Poznan sınağı
15.05.2012 - 15:11
Mayın 18-də Polşanın Poznan şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsi start götürəcək. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 3 gün davam edəcək yarışda Azərbaycan milli komandasının heyətində 4 kanoeçi yer alacaq.
Bunlar Sergey Bezuqlıy, Maksim Prokopenko, Adnan Əliyev və Andrey Kraytordur. Kraytor 1 nəfərlik qayıqla (C-1) 200 metr və 500 metr, Əliyev 1000 metr və 5000 metr məsafələrə yürüşlərə qatılacaq. Bezuqlıy – Prokopenko dueti isə 2 nəfərlik qayıqla (C-2) 200 metr, 500 metr və 1000 metr məsafələri qət edəcək. Kanoeçilər milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında çıxış edəcəklər. Mayın 12-də səfərə çıxan nümayəndə heyətinə Azərbaycan Milli Avarçəkmə Federasiyasının texniki direktoru Leyla Əliyeva başçılıq edir.
Qeyd edək ki, Adnan Əliyev Dünya Kubokunun I mərhələsi öncəsi 16-17 mayda elə Poznanda 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Olimpiya Təsnifatında (European Olympic Qualifier) mübarizə aparacaq. O, 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə ilk 2 pillədən birini tuta bilsə, olimpiadaya vəsiqə qazanacaq. Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə artıq 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə hələ ötən il dünya çempionatında olimpiya vəsiqəsinə yiyələnib.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0