Olimpiyaçılarımız üçün möhtəşəm siyahı!
22.05.2012 - 11:44
Beynəlxalq Cüdo Federasiyası (İJF) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı London-2012-də yığmamızın heyətində yer alacağı gözlənilən idmançılarımız üçün uğurlu olub.
Belə ki, London-2012-yə Avropa Cüdo İttifaqının seçimi ilə yollanacaq Rüstəm Orucov (73 kq) Bakıda keçirilən Qran-prinin qalibi olmaqla, birdən-birə 23 pillə irəliləməklə, 33-cü yerə yüksəlib. Paytaxtımızda onunla eyni uğura imza atan İlqar Müşkiyev (60 kq) və Kifayət Qasımova (57 kq) da mövqelərini yaxşılaşdırıblar. Onlardan birincisi 6-cı (+3), digəri 12-ci (+1) pilləyə qalxıb. Son yarışlarda stabil güləşməyən Elxan Məmmədov (90 kq) da irəliləyənlər sırasındadır. O, 1 rəqibinin geriləməsi səbəbindən 10-cu yerə yüksəlib.
Ağayar Axundzadənin yetirmələrindən Tərlan Kərimov (66 kq) 15-ci, Elnur Məmmədli (81 kq) 3-cü, Elmar Qasımov (100 kq) 30-cu və Ramilə Yusubova (63 kq) 15-ci pillədəki mövqelərini qoruyublar.
Komandamızın heyətində yalnız Elxan Rəcəbli (81 kq) geriləyib. O, 27-ci yeri, 29-a dəyişib.
Qeyd edək ki, reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaqlar. Yuxarıda adları olan cüdoçulardan yalnız 81 kq çəki dərəcəsində Məmmədli və Rəcəbli arasında seçim ediləcək. İJF isə London-2012-yə lisenziya qazanan idmançıların adını rəsmi olaraq bugünlərdə açıqlayacaq.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0