Taekvondo Federasiyasından xüsusi mükafat
22.05.2012 - 17:20
Rusiyada təlim-məşq toplanışında olan Azərbaycanın parataekvondo üzrə milli komandası hazırlıq prosesini uğurla başa vurub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Xasavyurd şəhərində daha bir neçə ölkə komandasının qatıldığı məşqlərin ardından yoxlama görüşləri keçirilib.
9 qızıl medal qazanan idmançılarımız qeyri-rəsmi komanda hesabında birinci olublar. Səfərdən sonra Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi parataekvondo üzrə seçmə komandamızın uğurlarını xüsusi mükafatla dəyərləndirib. Qonşu ölkədə 12-22 mayda birgə məşqlərdə, seçmə komandanın baş məşqçisi Əvəz Tağıyevin rəhbərliyi ilə 23 idmançı hazırlıq keçib.
Qeyd edək ki, parataekvondoçularımızı noyabrda ilin ən məsul yarışı, Arubada dünya çempionatı gözləyir.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0