“Almaniya ilə qarşılaşma sadəcə topla növbəti bir oyun olacaq”
21.06.2012 - 17:20
“Rəqibin kimliyindən asılı olmayaraq 1/4 final matçı çox çətin keçəcək. Hərçənd bu, sadəcə topla növbəti bir oyun olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yunanıstan milli komandasının baş məşqçisi Fernandu Santuş deyib.
Portuqaliyalı mütəxəssis AVRO-2012-nin 1/4 final mərhələsinin Almaniya ilə oyunu ərəfəsində matç haqda fikirlərini açıqlayıb: “Pley-off oyunlarında bəzən 90 dəqiqə kifayət etmir. Bəzən əlavə vaxt da oynamalı olursan, bəzən isə penaltilər seriyasında qüvvəni sınayırsan. Almaniya ilə sabahkı oyunda da hər şey ola bilər. Biz öz gücümüzü, qüvvəmizin ən yüksək həddini bilirik. Biz dünyanın ən güclü yığması deyilik. Amma gücümüz çatan hər şeyi edəcəyik”.

- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar
0
0