“Bizi məğlub etmək çox çətindi”
21.06.2012 - 23:08
İngiltərə millisinin hücumçusu Ueyn Runi 1/4 finalda İtaliya ilə matç öncəsi fikirlərini bölüşüb. Apasport.az saytının xəbərinə görə, britaniyalı futbolçu iddialı danışıb: "Bizim üçün rəqibin kimliyi o qədər də önəmli deyil. Bizim üçün ən əsası uğurlu çıxış edib, qrupda ilk pilləni tutmaq idi. Güclü mövqeyimizi və nəyə qadir olduğumuzu da yaxşı bilirik. Çox işləyirik. Əsasən də taktiki gedişlər üzərində. Bizi məğlub etmək çox çətindi. Düşünürəm ki, hansısa komanda İngiltərə ilə oynayacağına görə sevinmir".
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar
0
0