Ronaldo İspaniya yığmasına qalib gəlməyin yolunu göstərdi
26.06.2012 - 15:08
“Əvvəl məndə hər şey alınmırdı. Ancaq bildirdim ki, qollar mütləq gələcək”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo deyib. Dünyanın ən bahalı futbolçusunu Avropa çempionatının yarımfinal mərhələsində sıradan matç gözləmir. Belə ki, Ronaldo son 3 ildə oynadığı, yaşadığı İspaniya ilə üzləşəcək.
Madrid “Real”ının hücumçusu son Avropa və dünya çempionları ilə sınaq öncəsi tam sakit və özünəinamlıdır: “Heç bir təzyiq hiss etmirəm. Belə gərgin matçlar həyatımın hissəsidir. Mən artıq buna öyrəşmişəm. Böyük məsuliyyət hiss edirəm, ancaq təzyiq yox. Biz finalın bir addımlığındayıq. Bu, əsl döyüş olacaq. Onda ispanlara qalib gəlmək üçün çox yaxşı oynamalıyıq”.

- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar
0
0