Samir 2 il milli komandadan kənarda qalacaq
26.06.2012 - 16:27
Fransa yığmasının futbolçusu Samir Nəsrini ağır cəza gözləyir. Apasport.az saytının məlumatına görə, Fransa Futbol Federasiyası (FFF) gənc yarımmüdafiəçisini 2 illik yığmadan kənarlaşdırmaq haqda qərar çıxarmağa hazırlaşır.
Bu, Samirin AVRO-2012-nin ¼ final mərhələsində İspaniyaya uduzduqları oyundan sonra jurnalistlə insidenti ilə bağlıdır. Belə ki, “Mançester Siti”nin futbolçusu paltardəyişmə otağına gedən zamanı həmkarlarımızdan biri ondan bir neçə sualı cavablandırmağı xahiş edib. Samirin isə buna cavabı belə olub: “Yox, siz jurnalistlər həmişə çirkablıq, həmişə bir şey axtarırsınız”.
Jurnalistin kəskin cavabından sonra Nəsri onu söyüşlər “yağdırıb” ki, bunlardan bəziləri media işçisinin ailəsi ilə bağlı olub. FFF Samirə qarşı intizamsızla bağlı iş açıb ki, bu, ona 2 illik yığmadan kənarda qalmaq bahasına başa gələcək. Fransa yığmasının digər futbolçularından Yann M’Vila (“Renn”), Hatəm Ben Arfa (“Nyukasl”) və Jeremi Menezə (PSJ) qarşı da sanksiya tətbiq ediləcəyi gözlənilir.
Qeyd edək ki, Fransa yığmasında bundan öncə də bir neçə futbolçu federasiya tərəfindən cəzaya məruz qalıb.

- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar
0
0