London-2012-nin təhlükəsizliyi yüksək səviyyədə qorunacaq
25.07.2012 - 14:33
Britaniya ordusu XXX Yay Olimpiya Oyunlarının paytaxtı Londonun səmasını nəzarətə götürüb. Apasport.az saytının məlumatına görə, yarışın açılış mərasimindən 3 gün öncə başlayan asayişin qorunması prosesinə 30 min hərbçi cəlb olunub.
Olimpiya parkının ətrafındakı 6 nöqtədə “Rapira” zenit-raket kompleksləri yerləşdirilib. Belə komplekslərdən birini şəhər əhalisi və qonaqlar Blek-Hills rayonundakı istirahət zonasında müşahidə edə bilirlər. Həmin obyekt hasarla əhatə olunub.
Düzdür, əhalinin bir qismi bu komplekslərə qarşı çıxıb. Hətta hərbçiləri məhkəməyə verən də olub. Lakin Böyük Britaniyanın Ali Məhkəməsi həmin raketlərin öz yerində qalmasını məqsədəuyğun sayıb. Bundan əlavə, Temza çayında HMS Okean vertalyotdaşıyan gəmisi də lövbər atıb.
Olimpiada vaxtı asayişi təkcə hərbçilər qorumayacaq. Bu işə 10 min polis əməkdaşı və 4 min mühafizəçi də cəlb olunub.
Qeyd edək ki, Olimpiada iyulun 27-də başlayacaq.

- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0