Rusiya yığması Olimpiya kəndinə azaraq çatdı
26.07.2012 - 18:25
Rusiyanın üzgüçülük yığması Olimpiya kəndinə macəra ilə çatıb. Apasport.az saytının məlumatına görə, millinin baş məşqçisi Andrey Vorontsov Londona gələrkən yolda azdıqlarını bildirib. Onun sözlərinə görə, yolda çox gedərək, yetişməli olduqları məkanı itiriblər: “Sonradan tıxaca düşdük və Londonda avtobusun sürücüsü yolu tapa bilməyərək, azdı. Biz Olimpiya parkına gəldik, ancaq polislərdən heç kim bizə dəqiq heç nə izah etmədi. Nəticədə Olimpiya kəndinə çatmaq üçün bizə 4,5 saat lazım oldu. Axşama yaxın baqajımızın qalanını aldıq, akkreditasiyamızı aktivləşdirdik və oteldə nömrələrimizə yollandıq. Təbii ki, Rusiyanın bayrağının qaldırılması mərasiminə yetişə bilmədik”.
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
0
0