London-2012: Soltan Migitinovdan ilk qələbə - YENİLƏNİB
28.07.2012 - 20:00
Bu gün London Olimpiadasında boks yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk gün Azərbaycanın 1 təmsilçisi rinqə çıxıb.
Yığmamızın üzvlərindən mübarizəyə Soltan Migitinov (75 kq) qoşulub. 1/16 final mərhələsindən yarışa qatılan həmyerlimiz misirli Məhəmməd Hikalla qüvvəsini sınayıb. Bakı vaxtı ilə saat 20:15-də başlayan döyüş boküçumuz üçün uğurlu başlayıb.
Belə ki, ilk raundda 4:2 hesabı ilə qalib gələn Migitinov ikinci hissədə xal fərqini 5 xala çatadırıb – 10:5. Yekunda isə təmsilçimiz 20:12 hesabı ilə qalib gələrək, 1/8 final mərhələsinə yüksəlib.
Azərbaycanın təmsil olunduğu 56 kq çəki dərəcəsində də ilk döyüşlər keçirilir. Lakin bu çəkidəki təmsilçimiz Məhəmməd Abdulhəmidov ilk mərhələdən azaddır.
Bu gün isə onun rəqibi müəyyənləşəcək. Belə ki, boksçumuz bu gün baş tutacaq İsaac Doqboe (Qana) – Satoşi Şimizu (Yaponiya) cütünün qalibi ilə qarşılaşacaq. Təmsilçimizin rəqibinin müəyyənləşəcəyi döyüş bu gecə 01:45-də başlayacaq.

- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
- “Gözünüz aydın, kişilər, müharibə bitdi” – Daşqın Əzizin müharibə xatirələri
0
0