Azərbaycan ilk Olimpiya medalını qazandı
29.07.2012 - 23:54
London Yay Olimpiya Oyunlarında ağırlıqqaldırma yarışlarına start verilib. Apasport.az saytının xəbərinə görə, 56 kq çəki dərəcəsində mübarizə aparanlar arasında Azərbaycan millisinin üzvü Valentin Xristov da olub. Böyük ümidlər bəslənilən 18 yaşlı milliləşdirilmiş legioner A qrupunda qüvvəsini sınayıb və ölkəmizə ilk medal qazandırıb.
Avropa çempionumuz 10 ağırlıqqaldıranla birgə A qrupunda yer aldığından, yarış Bakı vaxtı ilə saat 23:00-da başlayıb. Xristov birdənqaldırma yarışlarında öncə 123, ardınca 127 kq çəkini başı üzərinə qaldırıb. Təəssüf ki, o, 3-cü cəhdini boşa verib.
Təkanla qaldırmada öncə 154, sonda 159 kq-ı ram edən təmsilçimiz 2 hərəkətin cəmində 286 kq çəkinin öhdəsindən gəlib. Bu isə Xristovun bürünc medal qazanması ilə nəticələnib.
Bununla, Azərbaycanın London Olimpiadasında ilk medalını qazanıb. Həmçinin, Valentinin əldə etdiyi üçüncülük idman tariximizə qızıl həriflərlə yazılıb. Çünki indiyədək ağırlıqqaldırmada atletlərimiz fərqlənə bilməmişdilər.
Bu çəkidə qızıl medalı şimali koreyalı Çol Yun Om 293 kq (125 kq + 168 kq), gümüş mükafatı çinli Vu Jinbao qazanıb - 289 kq (133 kq + 156kq).
Qeyd edək ki, Xristovun çıxışını Azərbaycan prezidenti İlham Əliyev də izləyib.
Xatırladaq ki, olimpiadada ağırlıqqaldırma millimiz 5 kişi və 1 qadın idmançı ilə təmsil olunur.

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0