1 vazari kifayətdi - YENİLƏNİB
30.07.2012 - 15:27
Bu gün XXX Yay Olimpiya Oyunlarında cüdo yarışlarında daha 2 çəkidə mübarizəyə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin heyətində Rüstəm Orucov (73 kq) və Kifayət Qasımova (57 kq) tatami üzərinə çıxıb. Təəssüf ki, həmyerlilərimizin heç biri 1/8 final səddini aşa bilməyərək, Olimpiada ilə erkən vidalaşıblar.
Qadınlar
57 kq
Püşk Kifayət Qasımovanı ilk mərhələdən azad etdiyindən təmsiçimiz mübarizəyə 1/8 finaldan başlayıb. O, yarışda Vesna Cukiçi (Sloveniya) məğlub edən Kaori Matsumoto (Yaponiya) ilə qüvvəsini sınayıb.
Ancaq Kifayətin Olimpiadada növbəti cəhdi də alınmayıb. O, dörd illiyin ən mötəbər yarışını yenə mükafatsız başa vurub. Həmyerlimiz yaponiyalı rəqibinə vazari fəndi ilə uduzaraq, mübarizəni erkən dayandırıb.
Kişilər
73 kq
Pekində Elnur Məmmədlinin Olimpiya çempionu olduğu çəkidə Azərbaycanı təmsil edən Rüstəm Orucov 1/16 finalda Qideon Van Zillə (CAR) qarşılaşıb. Bakı vaxtı ilə saat 15:00-da start götürən döyüş həmyerlimiz üçün uğurlu alınıb.
Düzdür, Rüstəm hələ tatamiyə çıxarkən ayağı büdrəyib. Bunun nəticəsi olaraq, ilk dəqiqələrdə psixoloji cəhətdən zəif təsir bağışlayan Orucov vazari ilə cəzalandırılsa da, görüşün sonuna 32 saniyə qalmış toparlanıb. O, rəqibinə ipponla qalib gələrək, 1/8 finala yüksəlib.
Bu mərhələdə cüdoçumuzun rəqibi rusiyalı Mansur İsayev olub. 20 yaşlı Orucov təcrübəli idmançı qarşısında aciz qalıb və 2 dəqiqə 44 saniyənin tamamında ippona düşüb. Bununla, Rüstəm də Olimpiadaya “əlvida” deyib.
Qeyd edək ki, Böyük Britaniya paytaxtına 8 cüdoçu ilə yollanan millimizin heyətində bundan öncə İlqar Müşkiyevlə (60 kq) Tərlan Kərimov (66 kq) Olimpiadanı medalsız başa vurmuşdular.

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0