“Bu medal həm də birinci olmasına görə dəyərlidir”
30.07.2012 - 10:11
“Azərbaycan ağırlıqqaldırmada ilk olimpiya medalını qazandı. Bunadək Sidney, Afina və Pekin Olimpiadalarının hər birinə ağırlıqqaldıranlarımız medala ümidli gediblər. Ancaq nədəncə bəxtimiz gətirmirdi”. Bu fikirləri apasport.az saytının Londona ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Cahangir Əsgərov deyib.
O, Londonda ilk Olimpiya medalımızı qazanan ağırlıqqaldıran Valentin Xristovun uğurunu yüksək qiymətləndirib.
Əsgərovun sözlərinə görə, təmsilçilərimiz bu idman növündə əvvəllər də medal qazanmağa layiq olublar: “Axır ki, ilk medalımızı qazandıq. Ağırlıqqaldıranımız “şeytanın qıçını sındırdı”. İnanıram ki, bundan sonra uğurlarımızın sayı artacaq. Bu medal həm də Londonda ilk olmasına görə dəyərlidir”.
Xatırladaq ki, 56 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Valentin Xristov olimpiadanın bürünc medalını qazanıb.

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0