Yelena Çalıx finişə niyə çata bilməyib?
30.07.2012 - 13:55
London-2012-də mübarizə aparan Azərbaycan velosipedçisi Yelena Çalıxın çıxışının detalları məlum olub. Apasport.az saytının məlumatına görə, qadın velosipedçilərin şosse yürüşündə qüvvəsini sınayan təmsilçimiz yalnız ilk qeydiyyat nöqtəsinə çatmağı bacarıb.
140,3 km məsafəyə yürüşə başlayan 66 idmançıdan finişə çatmayan 6-sı arasında olan Çalıx yürüşün ortalarında çıxışını dayandırıb. Yelena 74,7 km-də yerləşən ilk qeydiyyat nöqtəsinə 2 saat 9 dəqiqə 54 saniyə nəticə göstərib. Yarı-yoldan sonra liderdən 5 dəqiqə 17 saniyə geri qalan idmançımız 62-ci sırada olub.
Velosipedçilər 90,3 km nöqtəsində də qeydiyyatdan keçib. Lakin finiş öncəsi olan son nöqtədə Çalıx görünməyib. Bu isə o deməkdir ki, o, 74,7-90,3 km aralığında çıxışını başa vurub.

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0