Azərbaycan kanoeçiləri Londona yollandı
31.07.2012 - 14:04
XXX Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycanın kanoe üzrə milli komandası Böyük Britaniyanın paytaxtı Londona yollanıb. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytının məlumatına görə, baş məşqçi Aleksandr Kolıbelnikov və məşqçi Anatoli Dudnikin rəhbərlik etdiyi yığmamızın tərkibi 3 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko, eləcə də Avropa çempionları Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarətdir.
Onların Polşanın Ostroda şəhərində 3 ayadək davam edən təlim-məşq toplantısını tamamlayaraq, olimpiada məkanına üz tutublar. Kanoeçilərimiz hazırlığın yekun mərhələsini elə Londonda keçirəcəklər. Kanoeçilərimiz Böyük Britaniya paytaxtında yarış məkanı sayılan “Eton Dorney” Avarçəkmə Mərkəzi yaxınlığındakı mehmanxanada məskunlaşacaqlar.
Qeyd edək ki, 2012- ci il London Yay Olimpiya Oyunlarında Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşlərə qatılacaq. Bezuqlıy – Prokopenko cütlüyü avqustun 7-də start xəttinə çıxacaq. Həmin gün seçmə və yarımfinal yürüşləri, avqustun 9-da final yürüşü baş tutacaq. Demyanenko isə avqustun 10-da mübarizəyə qatılacaq. Həmin gün seçmə və yarımfinal yürüşləri, avqustun 11-də final yürüşü keçiriləcək.

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0