Elxan Məmmədov: Əlimizdən gələni etməliyik
31.07.2012 - 23:02
“Əlbəttə, 6 cüdoçumuzun uduzması psixoloji cəhətdən bizim üçün pisdir. Liderin qələbəsi bizə ruh verərdi”. Bunu apasport.az saytının Londona ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Olimpiya millisinin cüdoçusu Elxan Məmmədov (90 kq) deyib.
Təcrübəli idmançı London Olimpiadasında komanda yoldaşlarından 6-sının mübarizəni dayandırmasına münasibət bildirib. Sabah tatamiyə çıxacaq Məmmədov bildirib ki, Pekində Elnur Məmmədlinin inamlı qələbəsi Mövlud Mirəliyevə psixoloji cəhətdən dayaq olmuşdu: “İndi isə Olimpiya çempionumuz əhvalımızı korladı. Ancaq qələbə üçün əlimizdən gələni etməliyik. Gərək rəqiblərimizdən heyfimizi alaq”.
Qeyd edək ki, cüdo yığmamızın heyətində Elxanla yanaşı, Elmar Qasımov (100 kq) hələ tatamiyə çıxmayıb. Digərləri isə yarışı erkən tərk ediblər.

- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
0
0