Elxan Məmmədov da məğlub oldu - YENİLƏNİB
01.08.2012 - 14:14
London Olimpiadasında çıxışını davam etdirən cüdo üzrə Azərbaycan millisinin daha bir üzvü bu gün tatamiyə çıxıb. Apasport.az saytının məlumatına görə, komandamızın heyətində Elxan Məmmədov (90 kq) mübarizəyə 1/16 finaldan başlayıb.
Onun ilk rəqibi Kristof Lamberti (Almaniya) olub. Həmyerlimiz ilk cəhdində qələbə qazanmaqla, növbəti mərhələyə çıxıb. O, almaniyalı idmançıya qarşı yuko və vazari tətbiq edib.
Elxanın 1/8 finaldakı rəqibi Dae-Nam Sonq (Cənubi Koreya) – Yuan Romero (Uruqvay) cütündə müəyyənləşib. Bu dueldə qələbə qazanan asiyalı cüdoçumuzla güləşib.
Məmmədov uduzaraq, mübarizəni dayandırıb. Bununla da Olimpiadaya yollanan 8 cüdoçumuzdan 7-sinin Vətənə medalsız qayıdacağı rəsmiləşib.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0