Elmar Qasımov da ippona düşür
02.08.2012 - 17:53
Bu gün London Olimpiadasında sonuncu Azərbaycan cüdoçusu tatamiyə çıxıb. Apasport.az saytının məlumatına görə, ən ağır çəki dərəcəsindəki təmsilçimiz Elmar Qasımov (100 kq) mübarizəyə 1/16 finaldan başlayıb.
Onun rəqibi qazaxıstanlı Maksim Rakov olub. Görüşə daha yaxşı başlayan Qasımov yuko fəndi tətbiq etməklə, qələbə qazanıb.
Amma bu qələbə Elmara asan başa gəlməyib. O, qazaxıstanlı rəqibi ilə görüşün sonunda ayağından zədə alıb.
İdmançımız növbəti mərhələdə Daniel Bratanı (Rumıniya) məğlub edən Levan Jorjoliani (Gürcüstan) ilə qarşılaşıb. Qasımov hansısa fənd tətbiq edə bilməsə belə, rəqibə verilən 2 cərimə xalı (yuko) hesabına 1/4 finala çıxıb.
Qasımov növbəti mərhələdə Artyom Bloşenkoya (Ukrayna) ipponla qalib gələn Hi-Tae Hvanqla (Cənubi Koreya) qarşılaşıb.
Rəqibinə 1 yuko, 2 şido xalı verən həmyerlimiz mərhələ adlaya bilməyib. Buna baxmayaraq, Elmar bürünc medal qazanmaq şansını itirməyib. O, təsəlliverici görüşlərə qatılıb.
Həmyerlimiz bu mərhələdə ilk döyüşünü özbəkistanlı Ramziddin Sayidova qarşı keçirib. Ancaq təəssüf ki, qarşılaşma Elmarın məğlubiyyəti ilə nəticələnib. O, ippona düşərək, mükafat qazanmaq şansını itirib. Yekunda idmançımız 7-ci yeri tutub.
Bununla, Londona yollanan 8 cüdoçumuzun hamısı mübarizəni medal qazanmadan başa vurub.

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0