Migitinov braziliyalı boksçuya uduzdu
02.08.2012 - 18:39
Azərbaycan boksçusu Soltan Migitinov (75 kq) bu gün London Olimpiadasında növbəti döyüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, ilk görüşündə misirli Məhəmməd Hikala 20:12 hesabı ilə qalib gələn idmançımız 1/8 final mərhələsində braziliyalı Florentino Falkao ilə qarşılaşıb.
İlk raund boksçumuz üçün uğursuz alınıb. 3 dəqiqəlik döyüşdən sonra Soltan 5 xal geridə qalıb. Belə ki, Falkao fasiləyə 8:3 hesabı ilə öndə çıxıb.
Migitinov ikinci raundda da rəqibindən zəif təsir bağışlayıb. Braziliyalı bu dəfə 7:5 hesablı qələbə qazanıb. Beləliklə, Falkao üçüncü raunda üstün yollanıb - 15:8.
Sonuncu, həlledici üçüncü raundda isə açıq döyüş gedib. Bu dəfə də daha çox dəqiq zərbələr vuran cənubi amerikalı Migitinovun 1/4 finala gedən yolunu kəsib - 9:3. Yekunda 24:11 hesablı qələbə qazanan Falkao isə mükafatlar uğrunda mübarizəni davam etdirir.

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0