London Olimpiadasının iştirakçısı həbs olundu
02.08.2012 - 16:03
London Olimpiadasının iştirakçısı olan avarçəkmə üzrə Avstraliya yığmasının üzvü Coşua But həbs olunub. Apasport.az saytının məlumatına görə, 21 yaşlı idmançı mağazada dava saldığına görə tutulub.
Hazırda bu yığmanın baş məşqçisi olan Olimpiya çempionu Nik Qrin bildirib ki, ona yerli vaxtla gecə saat 3-də zəng edərək, bu haqda məlumat verilib. Bildirilib ki, idmançı Londondakı mağazaların birində insidentdən sonra polis məntəqəsinə gətirilib.
Orada Butun yarışda komandasının çıxışından sonra spirtli içkilərdən sui-istifadə etdiyi məlum olub. İdmançı mağazada ona irad bildiriləndən sonra təhqirlərə başlayıb ki, nəticədə dava düşüb. Ora gələn polislər Butu tutublar. Bundan sonra otelə yola salınan Coşua sabah polis məntəqəsinə gedərək, yenidən ifadə verəcək.

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0