Aleksandrov olimpiadanı 5-ci yerdə başa vurdu - YENİLƏNİB
03.08.2012 - 15:37
Bu gün XXX Yay Olimpiya Oyunlarında akademik avarçəkmə yarışlarında daha bir növdə medal sahibini tapıb. Apasport.az saytının məlumatına görə, 1 nəfərlik qayıqla (M1X) 2000 m məsafəyə yürüşün qalibləri müəyyənləşib.
Final mərhələsində Azərbaycan milli komandasına ikinci medalı qazandıracağı gözlənilən Aleksandr Aleksandrov da mübarizə aparıb. İdmançımız 2-ci yürüş zolağında gücünü yoxlayıb.
22 yaşlı təmsilçimizin rəqibləri Lassi Karonen (İsveç), Ondrej Sinek (Çexiya), Mahe Dirsdal (Yeni Zelandiya), Alan Kampbell (Böyük Britaniya) və Marsel Haker (Almaniya) olub. Təəssüf ki, Aleksandrovun həlledici mərhələdə çıxışı ürəkaçan olmayıb. O, finiş xəttinə 5-ci çatıb. Bu isə hələlik Azərbaycan Olimpiya yığmasının heyətində ikinci göstəricinin təkrarıdır. Ondan öncə ağırlıqqaldıranımız Boyanka Kostova (58 kq) da 5-ci olmuşdu.
Yarışın çempionu Yeni Zelandiya təmsilçisi olub. İkinci yer Çexiyalı, üçüncü pillə isə böyük britaniyalı avarçəkənə qismət olub.
Qeyd edək ki, Londona 53 idmançı ilə yollanan millimizin heyətində hələlik ağırlıqqaldıranımız Valentin Xristov (56 kq) bürünc medal qazanıb.

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0