Maykl Felps: 3 Olimpiadada 22 medal bəsdir!
05.08.2012 - 11:28
Maykl Felps: 3 Olimpiadada 22 medal bəsdir!
Dünyanın 1 nömrəli üzgüçüsü Maykl Felps London Olimpiadasında növbəti qızıl medalını qazanaraq, karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, yığmasının kombinə estafet (4X100 m) yığmasında yer alan 27 yaşlı idmançı komanda yoldaşlarının da çempion olmasında böyük rol oynayıb.

Bu çempionluq Felpsin karyerasında sonuncu yarışı olub. Artıq növbəti turnirlərdə idmançı kimi görməyəcəyimiz amerikalı 22 Olimpiya medalına yiyələnib. Afina Olimpiadasından ulduzu parlamağa başlayan Maykl son 3 möhtəşəm yarışda 18 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

“Üzgüçülüyün qızıl oğlanı” ləqəbini daşıyan idmançı dünya çempionatlarında isə 27 dəfə fəxri kürsünün ən yüksək, 6 dəfə ikinci və 1 dəfə üçüncü pilləsində yer alıb.

Qeyd edək ki, Felps Londonda 2-si komanda yarışı olmaqla, 4 qızıl və 2 gümüş medala sahib olub.