Teymur Məmmədov üçün yarımfinalda italiyalı boksçu
06.08.2012 - 02:12
London Olimpiadasının yarımfinalında Azərbaycan boksçusu Teymur Məmmədovun rəqibi bəlli olub. Apasport.az saytının məlumatına görə, ilk 2 döyüşündə Tapu Opetaya Caya (Avstraliya) və Sergey Korneyevə (Belarus) qalib gələn həmyerlimiz 1/2 finalda italiyalı Klemente Russo ilə döyüşəcək.
Bu idmançı isə Azərbaycan boks azarkeşlərinə yaxşı tanışdır. Russo WSB liqasının fərdi döyüşlərində (finalda) Məhəmmədrəsul Məcidovla qarşılaşmışdı və qələbə qazanmışdı. Bu dəfə Teymur ondan qisas ala bilər.
Dünya çempionatının finalçısı olan Məmmədov 3-cü döyüşünə avqustun 10-da Bakı vaxtı ilə saat 19:45-də çıxacaq.
Qeyd edək ki, Teymur yarımfinala yüksəlməklə ən azı bürünc medalı özünə təmin edib.

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0