“Azərbaycanlı idmançını məğlub etmək çox çətin idi”
06.08.2012 - 09:43
“Startdakı məğlubiyyətdən sonra çox üzüldüm. Mənə azərbaycanlı idmançını məğlub etmək çox çətin idi. Hər halda, o təcrübəli, Pekin Olimpiadasının gümüş medalçısı idi”. Apasport.az saytının məlumatına görə, bunu rusiyalı güləşçi Minqiyan Semyonov deyib.
London Olimpiadasında 55 kq-da çıxış edən Semyonov ilk döyüşündə həmyerlimiz Rövşən Bayramova uduzdu. O, bununla bağlı Rusiya mətbuatına verdiyi açıqlamada öz səhvindən uduzduğunu bildirib: “Hamı ilə güləşmək olar. Sadəcə, səhv edirsən ki, bu da məhz beynəlxalq təcrübənin yoxluğu ilə bağlıdır. Özümə haqq qazandırmaq istəmirəm. Bu, yalnız mənim səhvlərimdir. Mən tez fənd işlətmək istəyirdim, ancaq azərbaycanlı məni tutdu. İndi çatışmazlıq üzərində işləyib, bunu düzlətməyə çalışacağam. Bu, mənim ilk Olimpiadamdır. Əlbəttə, qızılla başlamaq istəyirdim. Ancaq bürünc medal da pis deyil. İndi işləməyə başlayacağam ki, 4 ildən sonra qızıl medal qazanım”.
Qeyd edək ki, Bayramov London Olimpiadasında yalnız finalda uduzaraq, ardıcıl 2-ci dəfə gümüş medal qazanıb.

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0