“Yuliya Ratkeviç sanki sonuncu döyüşə çıxmışdı”
10.08.2012 - 11:56
Rusiya mətbuatı London Olimpiadasının bürünc medalını qazanan sərbəst üzrə qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Yuliya Ratkeviçin çıxışını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, 55 kq-da çıxış edən milliləşdirilən belaruslu legioner bürünc medal uğrunda rusiyalı Valeriya Jolobovanı məğlub edib.
Rus həmkarımızın fikrincə, Ratkeviçin döyüşə köklənməyi həlledici olub. 19 yaşlı Jolobova isə təcrübəsizliyin qurbanı olub: “Təəssüf ki, Valeriya bürünc medal uğrunda mübarizəyə köklənə bilmədi. Azərbaycanı təmsil edən belaruslu atlet döşək üzərinə sanki sonuncu döyüşə olduğu kimi çıxmışdı. Mübarizə sərt və gərgin alındı. Yuliya ilk raundda aşkar üstünlüklə qalib gələrək, yorulan rusiyalını sadəcə, “düyünlədi”. İkinci hissədə Valeriya əldən verilən xalın əvəzini tez çıxa bildi, ancaq həlledici hücuma toparlana bilmədi. Döyüşün sonunda Ratkeviç daha bir fənd ataraq, qalan bir neçə saniyəni sakitcə başa vurdu. Jolobova isə Olimpiya turnirinə yaxşı başlayaraq, onun sonunu boşa verdi. Sonda qızıl medalı yaponiyalı qazanaraq, artıq 3-cü dəfə Olimpiya çempionu olub”.
Qeyd edək ki, Avropa çempionu olan 27 yaşlı Yuliya Olimpiadanın ¼ finalında məhz yaponiyalı Saori Yoşidoya uduzub.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0