London-2012: Boks yığmamız ilk “onluq”da
10.08.2012 - 16:01
London Olimpiya Oyunlarında kişilərin boks yarışında yarımfinalçıların adları məlumdur. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, bununla da boksda hansı ölkənin neçə medal qazandığını müəyyənləşdirmək olar. Qalır təkcə həmin medalların əyyarına.
Bu isə yalnız finaldan sonra bilinəcək. Yarımfinalda ən çox təmsilçisi olan ölkə Ukraynadır. Son dünya çempionatında ümumkomanda hesabında birinci yeri tutan Dmitri Sosnovskinin komandasının 5 üzvü artıq medalı özünə təmin edib. İkinci yerdə 4 medalla Rusiya və Kuba komandalarıdır. İrlandiya, Böyük Britaniya, İtaliya və Qazaxıstanın 3 boksçusu yarımfinala vəsiqə qazanıb. Azərbaycan milli komandasının 2 üzvü – Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Komandamız Braziliya, Yaponiya və Monqolustanla birgə 8-11-ci yerləri bölüşür.
Qeyd edək ki, postsovet məkanı ölkələri arasında yalnız Rusiya, Ukrayna, Qazaxıstan, Azərbaycan, Özbəkistan və Litva boks idman növündə Olimpiya medalı qazanacaq.
Ukrayna – 5
Rusiya – 4
Kuba – 4
İrlandiya – 3
Britaniya – 3
İtaliya – 3
Qazaxıstan -3
Azərbaycan – 2
Monqolustan – 2
Yaponiya -2
Braziliya – 2
Bolqarıstan -1
Özbəkistan -1
Uels – 1
Koreya -1
Litva – 1
Tayland – 1
Çin -1

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0