Azərbaycan son 2 olimpiya oyunlarının göstəricisini təkrarladı
10.08.2012 - 20:15
Azərbaycan idmançıları XXX Yay Olimpiya Oyunlarında qazanılan bürünc mükafatların sayını 4-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, bununla, son 2 Olimpiadanın göstəricisi təkrarlanıb.
Belə ki, 1996-cı ildə bürünc qazanmayan millimiz 2000-ci ildə 1 üçüncülük qazanmışdısa, ardıcıl 3 olimpiadadır ki, belə nəticələrin sayı 4 olur. Afina-2004 və Pekin-2008-dəki kimi, artıq 4 bürüncü olan yığmamız bu sayı artıra da bilər. Ümumilikdə isə 5 Yay Olimpiya Oyunlarında 13 dəfə 3-cü yer bizim idmançıların olub.
Qeyd edək ki, London Olimpiadasında Valentin Xristov ağırlıqqaldırma, Emin Əhmədov yunan-Roma güləşi, Yuluya Ratkeviç qadın güləşi, Teymur Məmmədov isə boksda 3-cü olub.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0