Boksda 6-cı Olimpiya mükafatımız
11.08.2012 - 10:06
Azərbaycan Olimpiada tarixində boks növündə 6-cı medalını qazanıb. Apasport.az saytının məlumatına görə, London-2012-də bu uğura Teymur Məmmədovla Məhəmmədrəsul Məcidov imza atıblar. Ağır çəkidə döyüşən boksçularımız yarımfinalda uduzsalar da, ən bürünc medalı hələ bunadək özlərinə təmin etmişdilər.
Ölkəmiz boksda əvvəlki medalları da bürünc əyarlı olub. Hələ 2000-ci ildə Sidneydə keçirilən Olimpiada Vüqar Ələkbərov 19 yaşında mükafatçı olmuşdu. Bundan 4 il sonra Afinadakı Olimpiadada Ağası Məmmədov 24, Fuad Aslanov 28 yaşında bürünc medal qazanmışdı. Nəhayət, 2008-ci ildə Pekində keçirilən Olimpiadada Şahin İmranov 30 yaşında mükafatçı olmuşdu.
Məcidov 26, Məmmədov isə 19 yaşında bu uğura imza atdı. Bununla da Teymur Olimpiadada ən gənc mükafatçılardan biri oldu. O, bu göstəricidə yalnız Londonda bürünc medal qazanan 18 yaşlı ağırlıqqaldıran Valentin Xristovdan geri qalır.
Qeyd edək ki, boks Olimpiadada ölkəmizə ən çox medal qazandıran idman növlərindən biridir.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0