Azərbaycandan yeni olimpiya rekordu!!!
11.08.2012 - 20:20
Azərbaycan Olimpiadada yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, yığmamız XXX London Yay Olimpiya Oyunlarında 9 medala sahib olmaqla, ilkə imza atıb.
Belə ki, bunadək olimpiyaçılarımızın ən yaxşı nəticəsi Pekində qeydə alınmışdı. Həmin vaxt ölkəmiz yarışı 7 medalla başa vurmuşdu. Londonda isə medalların sayı artıq 9-a çatmaqla, yeni rekord müəyyənləşdirib.
Komandamızın heyətində bu dəfə Rövşən Bayramovla (yunan-Roma güləşi, 55 kq) Mariya Stadnik (qadın güləşi, 48 kq) gümüş, Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (hər ikisi boks, +91 kq), Emin Əhmədov (yunan-Roma güləşi, 74 kq), Yuliya Ratkeviç (qadın güləşi, 55 kq) və Valentin Xristov (ağırlıqqaldırma, 56 kq) bürünc medal qazanıb. Bu gün keçirilən sərbəst güləş üzrə yarışda isə Toğrul Əsgərovla (60 kq) Şərif Şərifov (84 kq) finala yüksəlməklə, ən azı ikinci yeri özlərinə təmin ediblər.
Onlar həlledici görüşdə də qələbə qazanarlarsa, medalın əyarında da yeni rekordumuz olacaq. Çünki Pekində 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanan millimiz Londonda artıq 2 gümüş və 5 bürünc medala yiyələnib.
Həmçinin, Olimpiadadan-Olimpiadaya 2 medalın sayını artıran komandamız bu ənənəni Londonda da davam etdirib.
Qeyd edək ki, Azərbaycan müstəqil ölkə kimi Atlanta-1996-da 1, Sidney-2000-də 3, Afina-2004-də 5 və Pekin-2008-də 7 medal qazanıb.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0