Toğrul Əsgərov: Sevincimi sözlə ifadə etmək mümkün deyil
11.08.2012 - 22:41
“Hazırda sevincimin həddi-hüdudu yoxdur. Bunu sözlə ifadə etmək mümkün deyil”. Bunu apasport.az saytına açıqlamasında Olimpiya çempionumuz Toğrul Əsgərov (60 kq) deyib.
Sərbəst güləş üzrə London Olimpiadasının qızıl medalını qazanan 19 yaşlı pəhləvanımız qələbəsini şərh edib: “Olimpiadaya çox ciddi hazırlaşmışdıq. Demək olar ki, 1 ildən çoxdur bunu daha da intensivləşdirmişdik. Mənim əsas rəqibim isə finalda qarşılaşdığım rusiyalı Besik Kuduxov idi. Bunu hamı bilirdi. Həm də yalnız digər rəqiblərimdən fərqli onunla güləşməmişdim. Onu da məğlub etdim, qələbəmi hamı gördü. Çox sevinirəm ki, vətənə qızıl medal bəxş etdim”.
Əsgərov bildirib ki, Kuduxov görüşdən sonra çox əsəbi görünüb və hətta təbrik üçün lazımı cəsarəti də çatmayıb.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0