London-2012: Futbolçu bürünc medalından məhrum edilir
12.08.2012 - 15:00
Beynəlxalq Olimpiya Komitəsi (BOK) London Olimpiadasının futbol turnirinin bürünc medalını qazanan Cənubi Koreya yığmasının qarşısında ciddi tələb qoyub. Apasport.az saytının məlumatına görə, yığma futbolçularından birini bugünkü mükafatlandırma mərasimindən kənarlaşdırmalıdır. Bu da şəxsiyyəti hələ rəsmiləşməyən həmin oyunçunu 3-cü yer uğrunda Yaponiyaya 2:0 hesabı ilsonraə qalib gəldikləri oyundan etdiyi yolverilməz hərəkətdir. Belə ki, o, ölkəsinin bayrağını çevirərək, orada siyasi xarakterli şüarı göstərib.
Məsələ ondadır ki, son günlərdə Yaponiya və Cənubi Koreya arasında münasibətlər hər 2 ölkənin iddia etdiyi adalar üzündən gərginləşib. Nəticədə Yaponiya Seuldan səfirini geri çağırıb.
BOK həmçinin Cənubi Koreya Olimpiya Komitəsindən izahat tələb edib, FİFA isə insidentlə bağlı öz araşdırmasına başlayıb. Həmin futbolçunun medaldan məhrum edilməsi ilə yanaşı, əlavə sanksiyaların tətbiq olunacağı gözlənilir.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0