Olimpiya çempionluğunda yeni rekord müəyyənləşmədi
12.08.2012 - 14:34
Azərbaycan Olimpiada tarixində 5-ci turnirini 2 qızıl medalla başa vurub. Apasport.az saytının məlumatına görə, ölkəmizin 1996-cı ildən təmsil olunduğu Yay Olimpiya Oyunlarında qızıl medal rekordunu yeniləmək şansı olsa da, bundan istifadə edə bilməyib. Belə ki, Olimpiadanın son günündə mübarizəyə qoşulan sərbəst güləşçilərimiz – Cəbrayıl Həsənovla Xetaq Qazyumovun finala çıxa bilməməklə, çempion ola bilməyəcəklərini rəsmiləşdirdilər. Cəbrayıl yarımfinalda, Xetaq isə 14 finalda uduzdu və hər ikisinin turniri bürünc medalla başa vurmaq şansı qalır.
Qeyd edək ki, Azərbaycanın Olimpiada tarixində hesabında 6 qızıl medal var. Bunlardan ilk 2-si Sidneydə sərbəst güləşçimiz Namiq Abdullayevlə stend atıcısı Zemfira Meftəhəddinova tərəfindən qazanılıb. 2004-cü ildə Afinada keçirilən Olimpiadada yunan-Roma güləşimiz Fərid Mansurov, bundan 4 il sonra cüdoçumuz Elnur Məmmədov qızıl medalçı olub. Londonda yekunlaşmaqda olan XXI Olimpiadada isə çempionluğu dünən sərbəst güləşçilərimiz Toğrul Əsgərovla Şərif Şərifov qazandılar.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0