Olimpiya bayrağı Rio-de-Janeyrora təqdim olundu
13.08.2012 - 09:14
Londonda keçirilən XXX Yay Olimpiya Oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, bağlanış mərasimində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe yarışların yekunlaşdığını rəsmən elan edib. O, bütün hamını 4 il sonra növbəti Olimpiadanın keçiriləcəyi Rio-de-Janeyroda görüşməyə çağırıb. Bütün təşkilatçılara və iştirakçılara məşhur ingiltərəli atlet, 1,5 min metr qaçışda ikiqat Olimpiya çempionu Sebastyan Nyubold Kou minnətdarlıq edib.
Olimpiya bayrağı növbəti Olimpiadanın keçiriləcəyi şəhərə verilib. Bu, bağlanış mərasimində həyata keçirilib. Olimpiya oyunlarının yaradıcısı ölkə olan Yunanıstanın himni səslənəndən sonra 16 gün Londonda Olimpiya stadionunda alovlanan məşəl Olimpiya himninin sədaları altında yerə endirilib. Londonun meri Boris Conson onu Roqqeyə, o da öz növbəsində bunu Rio-de-Janeyronun meri Eduard Paesə təqdim edib. Bundan sonra Braziliyanın himni səsləndirilib.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0